Ağstafada maskalı şəxslər qadını döyüb, evdən oğurluq ediblər

10:24 - 19 Dekabr 2022 - HADİSƏ

Ağstafada maskalı şəxslər qadının evinə hücum ediblər.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, iki nəfər maskalı şəxs rayon sakini Sahibə Ələkbərovanın evinin qapısını sındıraraq qadına hədə-qorxu gəlib, fiziki zor tədbiq ediblər. Maskalı şəxslər qadına məxsus qızıl-zinət əşyalarını və pulu götürürək hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.

Xəbər xətti