Xəbər verdiyimiz kimi, dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina və Fransa milli komandaları üz-üzə gəlib. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfə dünya çempionu olub. Oyunu tribunadan izləyənlər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, Makron oyundan sonra stadiona enərək Fransa yığmasının futbolçuları ilə görüşüb.
Makronun Kilian Mbappeni təsəlli etdiyi görüntülər isə sosial mediada maraqla qarşılanıb. Belə ki, Fransa Prezidenti oyun zamanı xüsusilə fərqlənən Mbappeni qucaqlayaraq onu sakitləşdirməyə çalışıb.