Bakıda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonun da olub.
62 yaşlı Durdanə İsayeva Meyvəli bazarının qarşısında, piyada üçün müəyyən edilməmiş hissəsində yolu keçmək istəyib.
Bundan sonra D.İsayevanı minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, xəsarət alan piyadanın sağ ayağı amputasiya edilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.