DÇ-2022-nin ən yaxşı bombardiri müəyyənləşib.
Bu, bir qədər öncə başa çatan Argentina - Fransa matçından sonra dəqiqləşib. Fransa millisinin hücumçusu Kilian Mbappe turnirin ən yaxşı bombardiri olub. 23 yaşlı futbolçu 7 oyunda 8 qol vurub. O, final görüşündə isə het-trik edib.
Mbappe ən yaxın izləyicisi Argentina millisinin hücumçusu Lionel Messini (7 qol) 1 qol qabaqlayıb