Mingəçevirdə mənzildə meyit tapılıb

19:15 - 18 Dekabr 2022 - HADİSƏ

Mingəçevirdə mənzildə meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti