Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri - 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.
Qeyd edək ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük avtomobili "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşub.
Faktla bağlı araşdırma aparılır.
10:40
Köhnə Ələt - Astara yolunda ağır-qəza baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır tonajlı yük maşını sərnişin mikroavtobusu ilə toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.