Qusarda arvadını öldürməkdə təqsirləndirilən Farik Mollayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Bu il avqustun 30-u saat 23 radələrində Qusar rayonu, Piral kənd sakini 1988-ci il təvəllüdlü Aksana Mollayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Farik Mollayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aksana Mollayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Farik Mollayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.