Kürdəmirdə 54 yaşlı kişi arvadını bıçaqladı

17:53 - 17 Dekabr 2022 - HADİSƏ

Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, rayon sakini 1968-ci il təvəllüdlü Əflatun Kərimov münaqişə zəminində 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Xəbər xətti