Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

17:40 - 17 Dekabr 2022 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şəmkir şəhərinin Morul yaşayış massivində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti