Bakıda “pub”da kütləvi dava: Saxlanılan şəxslər polisə müqavimət göstərdilər

17:10 - 17 Dekabr 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyini gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da baş verən kütləvi dava ilə bağlı açıqlama verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə ilə bağlı saxlanılan şəxslər ərazi üzrə Polis Bölməsinə aparılıblar:

“Araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı toplanan materiallara hüquqi qiymətin verilməsi üçün iş məhkəməyə göndəriləcək”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı hər üç şəxs sərxoş olub və dalaşıblar. Əraziyə polis cəlb edilib. Bu zaman onlar polisə müqavimət göstəriblər.

Xəbər xətti