Bakıda xeyriyyə məqsədilə intellektual oyun keçiriləcək

11:33 - 14 Dekabr 2022 - Cəmiyyət

Bakıda “Bizimkilər festivalı” adlı Yeni il yarmarkası çərçivəsində xeyriyyə məqsədilə “Şəkərbura Şou” intellektual oyunu keçiriləcək.

Tədbir dekabrın 16-da saat 19:30-da, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən “Passage 1901”də təşkil olunacaq.

Oyundan əldə olunan bütün vəsait Azərbaycanda şəhid övladlarına, eləcə də Rusiya-Ukrayna müharibəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara yardım məqsədilə istifadə ediləcək.

Oyunda Azərbaycanın və Ukraynanın tarixi, mədəniyyəti, coğrafiyası və idmanı ilə bağlı suallar oynanılacaq.///report

Xəbər xətti