“Bolluq” LTD-nin əməkdaşı külli miqdarda mənimsəmədə ittiham olunur.
Lent.az xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən Z. Cəfərov LTD-də ekspeditor vəzifəsində çalışıb. O, ayrı-ayrı vaxtlarda şirkətin əmlakını mənimsəməkdə ittiham olunur.
Belə ki, Z. Cəfərov “Bolluq” LTD-nin ümumilikdə 28 min 297 manatını mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Cinayət işinə Abşeron rayon Məhkəməsində baxılacaq.