Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.
Bu barədə Ucnoqta.az-a Milli Məclisdən daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, dinləmədə sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.