Rusiya sülhməramlılarından Xankəndi yolundakı aksiya ilə bağlı QƏRAR - VİDEO

12:00 - 13 Dekabr 2022 - Cəmiyyət

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Xankəndidə separatçı qüvvələrin nümayəndələri iclas keçirərək, bu aksiya ilə bağlı Rusiya sülhməramlılarına məktub ünvanlayıblar. 

Əldə etdiyimiz məlumata görə, Rusiya sülhməramlıları aksiya ilə bağlı qəti qərar veriblər. Onlar aksiyanın gedişatına müdaxilə etməyəcəklərini bildiriblər.

 

Xəbər xətti