Bəzi ərzaq məhsullarının qiyməti bahalaşdı

17:36 - 12 Dekabr 2022 - Cəmiyyət

Cari ilin noyabr ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın və meyvə şirəsinin qiymətlərində olub.

Dövlət Statistika Komitəsindən Ucnoqta.az-a verilən məlumata əsasən, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər xətti