Azərbaycanda zəlzələ oldu

15:49 - 12 Dekabr 2022 - Xəbər

Lerik rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən xəbərə görə, zəlzələ 12.12.2022 tarixində yerli vaxtla saat 15:28-də Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.6, dərinliyi isə 27 km olub. Zəlzələ 3 bala qədər hiss olunub.

Xəbər xətti