Gədəbəy rayonunda 17 yaşlı qız 50 yaşlı kişiylə ailə qurması ilə bağlı təfərrüat üzə çıxıb.
Ucnoqta.az xəbər verir ki, 50 yaşlı Elfaq Şəkərbəyli bundan əvvəl dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir.
Hazırda nişanlandığı 17 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 17 yaşlı qız evlənməyə qərar verib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, sosial şəbəkələrdə görüntüləri yayılan və gənc qızla evləndiyi bildirilən şəxs 1971-ci il təvəllüdlüdür. O, uzun müddətdir Rusiyada yaşayır və orada biznes fəaliyyəti göstərir. Nikaha daxil olan 23 yaşlı qız isə Bakı şəhər Nərimanov rayon qeydiyyatındadır.