Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Fransa prezidentinə müraciət edərək ondan kömək istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Mtavari Arkhi" telekanalı məlumat yayıb. Bildirilir ki, Mixeil Saakaşvili Makrona göndərdiyi məktubda Rusiya prezidenti Putinin onu (Saakaşvilini) öldürmək istədiyini vurğulayıb.
"Mən bütün həyatım boyu Gürcüstanda və Ukraynada azadlıq və islahatlar uğrunda, Rusiyanın imperialist siyasətinə qarşı mübarizə aparmışam. Putin məni özünün əsas düşmənlərindən biri hesab edir, açıq şəkildə məni öldürəcəyinə söz verib. Məni həbsxanaya göndəriblər, ölürəm, çox az vaxtım qalıb”, - deyə Saakaşvili məktubunda bildirib.
Pünhan