Həbsdən çıxan sabiq nazir Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

12:29 - 12 Dekabr 2022 - Xəbər

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib/

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Milli qəhrəman İbad Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.Belə ki, İbad Hüseynov keçmiş MTN naziri ilə Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Qeyd edək ki, 15 il Naxçıvan MR-in milli təhlükəsizlik naziri olan general-mayor V.Ələsgərov 2016-cı ildə həbs edilib. Bu ilin sentyabrında azadlığa buraxılıb.


Xəbər xətti