Rusiya hərbçiləri əraziyə əlavə qüvvələr yığır - Video

11:55 - 12 Dekabr 2022 - Xəbər

Xəbər verdiyimiz kimi, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.

Ucnoqta.az xəbər verir ki, bir saatdan çoxdur davam edən aksiyada etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Onlar QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Rusiyalı hərbçilər əraziyə əlavə qüvvələr cəlb edirlər.



Emin

Xəbər xətti