Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin rəhbəri Co Baydenlə danışıqlar aparıb
Ucnoqta.az xəbər verir ki, dövlət başçıları Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini və enerji infrastrukturunun bərpasını müzakirə ediblər.
Ukrayna prezidentinin sözlərinə görə, Bayden lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.
Emin