Ukraynada daha 380 rusiyalı hərbçi məhv edilib. Bununla da müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri 94410 canlı qüvvə itki verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Həmçinin, ötən gün 2 tank, 3 zirehli texnika, 10 PUA, 1 artilleriya sistemi, 5 hərbi maşın məhv edilib.