Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid yaxud 24,2 % artaraq bu il dekabrın 1-nə 1 741 468 olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması”, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.

Belə ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.

 

Tarix
9 Dekabr 2022 [15:13]
Müəllif
Üç nöqtə
2022-12-09 15:13:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin