Naxçıvandan daha iki vəzifəli şəxs Bakıya gətirildi - FOTO

10:48 - 9 Dekabr 2022 - Cəmiyyət

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev və “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov dünən dindirilmək üçün Bakıya gətirilib.

Bu haqda “Gündəlik Naxçıvan” səhifəsi qurumdakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, onlar vergidən yayınma, qaçaqmalçılıq və sairdə ittiham olunur.

Məlumata görə, hər iki şəxs Bakıda bir gecə DTX tərəfindən dindirildikdən sonra, yoxlamaların davamı üçün, yenidən Naxçıvana qaytarılıb.///konkret.az


Xəbər xətti