Putinlə Paşinyan sabah Bişkekdə görüşəcək

18:22 - 8 Dekabr 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin sabah Qırğızıstanın paytaxtı Bişkekdə Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə deyib.

Görüş Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

 

Xəbər xətti