"ABŞ Ukrayna münaqişəsini 2025-ci ilin sonuna qədər uzatmağı planlaşdırır" - Zaxarova

14:19 - 8 Dekabr 2022 - DÜNYA

"ABŞ Ukrayna münaqişəsini ən azı 2025-ci ilin sonuna qədər uzatmağı planlaşdırır"

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Bu qənaətə Vaşinqtonun heç kimdən gizlətmədiyi sənədlərdən gəlmək olar, deyə o, bildirib.

"Amerika hakimiyyətinin Raytheon ilə Kiyev üçün hava hücumundan müdafiə sistemlərinin alınması üçün noyabrın sonunda bağlanmış və 3 il müddətinə nəzərdə tutulan 1,2 milyard dollarlıq müqavilə də eyni məntiqə uyğundur".

Emin

Xəbər xətti