Ukraynada həbs edilən Misir və dostu ilə bağlı - DETALLAR

Ukraynada həbs edilərək 8 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşları Misir Qasımlı və onun dostu Sübhan Quliyev məsələsi gündəmi zəbt edib.

Ucnoqta.az cinayət hadisəsi ilə bağlı bəzi detallar əldə edib. Hadisə necə baş verib?
2021-ci il 9 iyununda Azərbaycan vətəndaşları Misir Qasımov və Sübhan Quliyev, ərəb mənşəli İspaniya vətəndaşı Məhəmməd Əli Yusuf ilə kafedə tanış olublar. Misir və Sübhan yanlarında Ukrayna əsilli iki qızla kafedə istirahət edərkən qonşu stolda bir neçə Ukraynalı ilə əyləşən zəngin iş adamı İspaniya vətəndaşı Misir və Sübhanın diqqətini cəlb edib. Ukraynalılar İspan əsilli qonaqla vidalaşıb getdikdən sonra Məhəmmədin Misir və Subhanla şirin söhbəti alınıb, onların kafedəki hesabını da verib.
Misir taksi çağıraraq birlikdə getməyi təklif edib . Yarı yolda maşını saxlatdiran Misir arxaya Məhəmməd Əli Yusifin yanına keçərək tapança ilə ona hədə qorxu gəlib (Sübhan isə bıçaq çıxardaraq).

İçkili halda olan qonağı meşəyə aparataq ona ciddi bədən xəsarətləri yetirərək, üzərindəki külli miqdarda pulu, plastik kartları və digər qiymətli əşyaları götürüblər!
Zərərçəkən polisə şikayət etdikdən bir neçə saat sonra isti izlərlə cinayətdə şübhəli bilinənlər kafedəki kamera görüntüləri, telefonlar və taksi sürücüsünü də tapmaqla ələ keçirilib. Misir və cinayət ortağı gündəlik (sutkalıq) evlər kirayələmklə yaşadıqları evdə yaxalanıb.
Əsas sübutlardan biri qabaqcadan zərərçəkənin polisə izahat zamanı göstərdiyi 5000 dollar, və Ukrayna valyutasının, qiymətli əşyalardan qolbağın Mısırın qaldığı evdən çıxması olub. Zərərçəkənin saatı isə tapılmayıb. Evdən axtarış zamanı üstündə Misirin və Sübhanın əl izləri olan tapançanın tapılması sübutlardan biridir.

Qeyd edək ki, təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev milliyətcə erməni olan şəxslər tərəfindən şərləndiklərini iddia edirlər.

Tarix
8 Dekabr 2022 [13:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-12-08 13:42:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin