Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

21:27 - 7 Dekabr 2022 - DÜNYA

Avropa Komissiyası (AK) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

Ucnoqta.az xəbər veir ki, bu barədə AK-nın prezidenti Ursula fon der Leyen doqquzuncu sanksiya paketinin tətbiq edildiyini açıqlayıb.

Sanksiyalar paketinə aşağıdakılar daxildir:

- Daha 200-ə yaxın fiziki və hüquqi şəxs

- Daha 3 Rusiya bankına qarşı məhdudlaşdırıcı tədbirlər

- Rusiyanın həm birbaşa, həm də üçüncü ölkələrdən (İran) potensial təchizatçıları vasitəsilə dronlara çıxışının məhdudlaşdırılması

- İxrac nəzarətinin yeni vasitələri, xüsusən də Rusiya hərbi maşınının istifadə edə biləcəyi ikili təyinatlı mallar

"Biz həmçinin daha 4 kanalın efirdən çıxarılmasını təklif etməklə və Rusiyanın energetika və dağ-mədən sektoruna qarşı daha çox iqtisadi tədbirlər təklif etməklə Rusiyanın təbliğat maşınına qarşı mübarizə aparırıq", - AK rəhbəri bildirib.

Emin

Xəbər xətti