"Nüvə müharibəsi təhlükəsi artır, ..." - Putin

19:30 - 7 Dekabr 2022 - DÜNYA

"Nüvə müharibəsi təhlükəsi artır, bunu gizlətmək günahdır. Rusiya birinci tətbiq etməyəcək, amma birinci tətbiq etmirsə, deməli, ikinci tətbiq edilməyəcək"

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya nüvə silahına “müdafiə vasitəsi” kimi baxır: 

"Biz dəli olmamışıq, nüvə silahlarının nə olduğunu bilirik. Bizdə bu vasitələr var və onlar digər nüvə ölkələrindən daha təkmil və müasir formadadır. Bu, göz qabağındadır", - Putin əlavə edib.

Emin

Xəbər xətti