ABŞ-ın müdafiə büdcəsi rekord məbləğdə olacaq

11:33 - 7 Dekabr 2022 - DÜNYA

ABŞ Konqresinin hər iki palatasının silahlı qüvvələr üzrə komitələri 2023-cü ilin maliyyə ilində müdafiə büdcəsinin məbləği ilə bağlı razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, müdafiə büdcəsi  858 milyard ABŞ dolları olacaq ki, bu, ölkənin tarixində rekord göstəricidir və ötən ilin müdafiə büdcəsindən 110 milyard dollar çoxdur. Layihədə

Ukraynaya 800 milyon dollar yardım nəzərdə tutur.

858 milyard dollarlıq məbləğə aşağıdakılar daxildir:

317,3 milyard dollar istismar və texniki xidmət (dövriyyə vəsaiti daxil olmaqla);

Hərbi personalın saxlanması üçün 174,5 milyard dollar;

Hərbi satınalmalar üçün 161,3 milyard dollar;

Tədqiqat üçün 138,6 milyard dollar;

Nüvə enerjisi fəaliyyətləri üçün 30,5 milyard dollar;

Hərbi tikinti və ailə mənzilləri üçün 16,5 milyard dollar.

Bundan əlavə, büdcə layihəsində “Rusiya ilə əhəmiyyətli qızıl əməliyyatlarında, o cümlədən Rusiya Mərkəzi Bankının ölkədən kənarda yerləşən qızıl ehtiyatlarından” bilərəkdən iştirak edən şəxslərə qarşı təkrar sanksiyaların tətbiqi nəzərdə tutulur. Layihə həmçinin Rusiyanın enerji təchizatından asılılığın azaldılması təşəbbüslərini də nəzərdə tutur.

Qeyd edək ki, 2021-ci ildə ABŞ-ın müdafiə büdcəsi 740,5 milyard dollar (ölkə ÜDM-nin təxminən 3,5%-i), 2020-ci ildə 740 milyard dollar, 2019-cu ildə 738 milyard dollar təşkil edib.

Pünhan

Xəbər xətti