Messinin oğlunun azarkeşlərə bu hərəkəti anasını hirsləndirdi - VİDEO

Lionel Messinin oğlu Argentina millisinin oyunu zamanı azarkeşlərə konfet atıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, PSJ-nin hücumçusunun ailəsi 2022-ci il futbol üzrə dünya çempionatının 1/8 finalında Argentina - Avstraliya (2:1) oyununda iştirak edib.

Lionel ailəsinin lojasının altında çoxlu Argentina pərəstişkarları olub, onlar mahnı oxuyub, Leonun həyat yoldaşı və uşaqlarını telefonla lentə alıblar. Messi və Antonella Rokuzzonun ortancıl oğlu 7 yaşlı Mateo izdihamın arasına konfet atıb və buna görə anası onu danlayıb.

Messinin oğlunun davranışı əsasən pərəstişkarlar arasında sevgi yaradıb. Onlardan biri sosial şəbəkədə yazıb: “Bu oğlan başdan ayağa argentinalıdır”.

Tarix
6 Dekabr 2022 [23:00]
Müəllif
Üç nöqtə
2022-12-06 23:00:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin