Zelenski Donbasa getdi

14:49 - 6 Dekabr 2022 - DÜNYA

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasa gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” yayıb. Məlumata görə, Zelenski cənhə xəttinin yaxınlığında yerləşən Slavyansk şəhərinin girişindən videomüraciət yayımlayıb.

"Mən bu günü döyüşçülərimizlə cəbhə xəttində qeyd edirəm. Bu gün biz Donbasdayıq. Döyüş zonası genişlənib, döyüş daha sərt, qiymət daha yüksəkdir", - dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Ukraynada Silahlı Qüvvələr Günüdür.

Emin

Xəbər xətti