Türkiyə Böyük Millət Məclisinin 12 günlük büdcə müzakirəsi başlayıb.
Ucnoqta.az xəbər verir ki, müzakirələrin ilk günündə məclisdə gərginlik artıb. Bildirilib ki, büdcə müzakirəsində AKP sədr müavini Numan Kurtulmuş partiyası adından danışan zamanı müxalifdən olan millət vəkilləri səs-küy salaraq onun çıxışına mane olmağa çalışıblar. Bəzi millət vəkilləri isə ön sıralara keçib.
Bu arada iclasa sədrlik edən Mustafa Şentop müxalifətə xəbərdarlıq edib. Buna baxmayaraq Kurtulmuşun çıxışı zamanı müxalifət deputatları şüarlar səsləndirib, onun çıxışına mane olublar. Nəticədə Şentop məclisə fasilə vermək məcburiyyətində qalıb.
Bu arada AKP ilə CHP qrupları arasında qarşıdurma əlbəyaxa davaya çevrilib. Deputatlar arasında baş verən fiziki davanın qarşısı ancaq inzibati rəislərin müdaxiləsi ilə alınıb.
Pünhan