Rusiyanın bu gün Ukraynaya atdığı 70 raketdən 60-dan çoxu vurulub.
Ucnoqta.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Məlumata görə, Xəzər dənizi, Volqodonsk və Rostov vilayətindən səkkiz Tu-95ms raketdaşıyıcısından 38 ədəd X-101/X-555 qanadlı raketləri, Qara dəniz donanmasının gəmilərindən 22 çaplı qanadlı raketlər, Qara dənizdən 3 ədəd Kh-22 raketi, 6 ədəd Kh-59 və 1 ədəd Kh-31P idarə olunan raket buraxılıb.
Pünhan