İmişli rayonunun Qaralar kəndində məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
16:55
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.