Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə məktəb binasında yanğın söndürülüb -<font color=red><b> YENİLƏNİB</b></font>

18:36 - 5 Dekabr 2022 tarixində dərc olunub.

İmişli rayonunun Qaralar kəndində məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

16:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: