Rusiya hərbi hava bazalarına hücumlar: Ölən və yaralananlar var

12:39 - 5 Dekabr 2022 - DÜNYA

Bazar ertəsi Rusiyanın Ryazan vilayətində yerləşən aerodromda yanacaq daşıyan tankerin alışması nəticəsində 3 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, ilkin məlumatlara görə, 6 nəfər zərərçəkən var. Təyyarələrdən biri də zədələnib. Hadisənin səbəbləri hələ də bəlli deyil. Şahidlər səhər saat 6:30-da güclü partlayışın olduğunu bildiriblər. Onların sözlərinə görə, ətrafdan kerosin iyi gəlibdi.

Xarici media və teleqram kanalları  isə bazar ertəsi Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərindəki hərbi hava bazasına naməlum pilotsuz uçuş aparatının hücumu nəticəsində iki Tu-95 təyyarəsinin zədələndiyini bildirir.

Mənbələrin məlumatına görə, iki rus əsgəri yaralanaraq xəstəxanaya aparılıb. Səlahiyyətlilər hələ ki, rəsmi şərh verməyiblər.

Pünhan

Xəbər xətti