Neftin qiymətləri bahalaşıb

12:00 - 5 Dekabr 2022 - DÜNYA

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Ucnoqta.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,71 dollar artaraq 86,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,7 dollar bahalaşaraq 80,68 dollar olub. Qiymət atımına OPEC+ ölkələrinin son iclasında hasilatın sabit saxlanılması qərarı təsir edib. Beləliklə,  OPEC+ noyabr ayından hasilatın sutkada 2 milyon barel azaldılmasını nəzərdə tutan cari neft hasilatı planını qüvvədə qalıb.

Sənəddə qeyd olunur ki, OPEC+ üzvləri istənilən vaxt görüşlər keçirməyə və bazardakı vəziyyətə uyğun olaraq zəruri əlavə tədbirlər görməyə hazır olduqlarını təsdiqləyirlər. Alyansın növbəti iclası 4 iyun 2023-cü ildə baş tutacaq. Digər tərəfdən, Çində COVID-19-a qarşı sərt tədbirlərin yumşaldılması qiymətə təsir edib..

Xəbər xətti