Dekabrda Bakıya qar yağacaq? - AÇIQLAMA

16:47 - 2 Dekabr 2022 - ÖLKƏ İÇİ

“Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”.

Ucnoqta.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək. Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. ”, - Umayra Tağıyeva qeyd edib.

Xəbər xətti