Ucnoqta.az
www.ucnoqta.az

Dekabrda Bakıya qar yağacaq? - <font color=red><b>AÇIQLAMA</b></font>

16:47 - 2 Dekabr 2022 tarixində dərc olunub.

“Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”.

Ucnoqta.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək. Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. ”, - Umayra Tağıyeva qeyd edib.

Müəllif: