Rusiyanın MiQ-31 qırıcısı Primorsk diyarında qəzaya uğrayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
"MiQ-31 Alekseevka kəndi yaxınlığındakı meşədə qəzaya uğrayıb. Ekipaj katapult edib", - məlumatda deyilir.
Hələlik pilotların vəziyyəti barədə heç nə məlum deyil, lakin fövqəladə hallar xidmətlərinin ilkin məlumatlarına görə, tələfat və dağıntı yoxdur.
Pünhan