Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın MiQ-31 qırıcısı qəzaya uğradı

13:44 - 2 Dekabr 2022 tarixində dərc olunub.

Rusiyanın MiQ-31 qırıcısı Primorsk diyarında qəzaya uğrayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

 "MiQ-31 Alekseevka kəndi yaxınlığındakı meşədə qəzaya uğrayıb. Ekipaj katapult edib", - məlumatda deyilir.

Hələlik pilotların vəziyyəti barədə heç nə məlum deyil, lakin fövqəladə hallar xidmətlərinin ilkin məlumatlarına görə, tələfat və dağıntı yoxdur.

Pünhan

Müəllif: