Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu bu səbəbdən dava edib - VİDEO

10:23 - 1 Dekabr 2022 - Cəmiyyət

Dünən Xəzər TV-də yayımlanan "Təsir dairəsi” verilişində qalmaqal baş verib.

Ucnoqta.az xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.

Anar Vəziroğlu "Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Anar Vəziroğlu vəkil Şəfiqə Nağıyevaya qarşı bu hörmətsizliyi veriliş zamanı efirə verilən videodan sonra edib. Ceyhunə adlı qadınla bağlı videonun efirə verilməsindən sonra A.Vəziroğlu özünə nəzarəti itirərək vəkilə qarşı hörmətsizlik edib.

Xəbər xətti