Elza Seyidcahanın maşınının əlindən alması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

18:55 - 30 Noyabr 2022 - MAQAZİN

“Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olunduqdan sonra 10 gün ərzində ödənərsə, 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra isə, hər ötən gün üçün cərimənin 1 faiz məbləğində dəbbə pulu gəlir”.

Bunu Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtləri ilə bağlı danışarkən bildirib.

O qeyd edib ki, ikinci ayın tamamında avtomobilin saxlanılması üçün bu sistem avtomatik olaraq qərar qəbul edir:

“Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürücülük hüququnun məhdudlaşdırıması ilə bağlı qərar qəbul edilə bilər. Sürücünün “pulum yoxdur” kimi ifadələrin işlətməsi ona hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün tutarlı arqument deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək lazımdır. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir”.

Araz Əsgərli yol polisi əməkdaşlarının müğənni Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı, onu öz avtomobillərində ATV kanalında gedən “Günün Sədası” proqramına şəxsən apardıqlarını da diqqətə çatdırıb:

“Sənətçinin çəkilişə gecikməsi nəzərə alınıb və DYP əməkdaşları sənətçinin yüklərinə qədər ona zəruri köməkliyi göstəriblər. Təəsüf ki, müğənninin yol hərəkəti qaydalarının pozulmasına görə, ödənilməmiş müəyyən məbləğdə cərimələri də var”.

Qeyd edək ki, müğənninin 2 000 manata yaxın ödənilməmiş borcu olduğuna dair məlumatlar da paylaşılır.

15:26

"Bura gələndə maşınımı cərimə meydançasına apardılar"


Ucnoqta.az xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan "Günün sədası" proqramında deyib. 

"Cəriməm var idi. Vaxtında cəriməni ödəmirəm və yığılır. Texniki baxış etmirəm, ona görə yığılıb qalır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik" - deyə, Elza qeyd edib.

Ruhəngiz

Xəbər xətti