Ermənistanın 60 faiz əhalisi Azərbaycana hücum etməyi düşünür

15:15 - 29 Noyabr 2022 - Cəmiyyət

Ermənistan vətəndaşlarının 59,4%-i hesab edir ki, Ermənistanı silahlandırmaq və Azərbaycana hücum etmək lazımdır

Ucnoqta.az xəbər verir ki, bu “Gallup İnternational”ın keçirdiyi sorğu nəticəsində məlum olub. 

Bununla yanaşı, respondentlərin 14,1%-i dinc danışıqlar prosesinin intensivləşdirilməsinin zəruri olduğunu düşünür. Bununla yanaşı, 10% Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələrinə, 8,8% isə Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiyaya üz tutmağın zəruri olduğunu düşünür.

5%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğu noyabrın 2-dən 12-dək aparılıb və 1100 vətəndaş iştirak edib.

Xəbər xətti