Ermənistan vətəndaşlarının 59,4%-i hesab edir ki, Ermənistanı silahlandırmaq və Azərbaycana hücum etmək lazımdır
Ucnoqta.az xəbər verir ki, bu “Gallup İnternational”ın keçirdiyi sorğu nəticəsində məlum olub.
Bununla yanaşı, respondentlərin 14,1%-i dinc danışıqlar prosesinin intensivləşdirilməsinin zəruri olduğunu düşünür. Bununla yanaşı, 10% Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələrinə, 8,8% isə Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiyaya üz tutmağın zəruri olduğunu düşünür.
5%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğu noyabrın 2-dən 12-dək aparılıb və 1100 vətəndaş iştirak edib.