Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Sor-sor kəndi ərazisində qeydə alınıb.
Ozal Musayev idarə etdiyi "VAZ 21074" markalı avtomobillə yolu keçən, 1964-cü il təvəllüdlü Tahir Nəzərlini vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.///Apa