Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə qəza olub, ölən var

10:38 - 29 Noyabr 2022 tarixində dərc olunub.

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə Sor-sor kəndi ərazisində qeydə alınıb.

Ozal Musayev idarə etdiyi "VAZ 21074" markalı avtomobillə yolu keçən, 1964-cü il təvəllüdlü Tahir Nəzərlini vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.///Apa

 

Müəllif: