Kremldən İlham Əliyev və Paşinyanın görüşü barədə açıqlama

14:27 - 25 Noyabr 2022 - DÜNYA

"Yaxın vaxtlarda Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır".

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov Azərbaycan prezidentinin Brüssel görüşünü ləğv etməsi barədə isə bildirib ki, "Rusiya hər zaman görüş üçün meydan verməyə hazırdır".

Onun sözlərinə görə, Moskva Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşması üçün işini davam etdirəcək.

Xəbər xətti