ABŞ Türkiyəyə quru əməliyyatından imtina etməyi və kürd birləşmələrini Suriyanın şimalından, Türkiyə sərhədindən 30 km məsafəyədək çıxarmağı təklif edib.
Ucnoqta.az “Hürriyet”ə istinadən xəbər verir ki, prezident Ərdoğanın qətiyyətini görən amerikalılar məsələni əməliyyatsız həll etmək üçün addımlar atıblar.
“ABŞ Baş Qərargah rəisi Mark Milli Türkiyənin Baş Qərargah rəisi Yaşar Gülər ilə danışıqlar aparıb. Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Ankaradakı səfiri Fleyki qəbul edib”,-nəşrin köşə yazarı yazıb. O ehtimal edir ki, danışıqlarda kompromis variant – kürd silahlılarının Türkiyə ilə sərhəddən 30 km-ə qədər məsafədən çıxarılması müzakirə olunur. Köşə yazarı hesab edir ki, Türkiyəyə bu cür güzəştlərin səbəbi kürd qüvvələrinin sıralarında ABŞ hərbçilərinin olmasıdır.